Misir milli komandasının sabiq üzvü Məhəmməd Əbutrikanın adı terror siyahısına salanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin rəsmi qəzeti məlumat yayıb. Bildirilir ki, Qəhirə Cəza Məhkəməsi Əbutrikanın də aralarında olduğu 1529 nəfərin adını 5 illik terror siyahısına salanıb.
Terror siyahısına salınan şəxslər "hakimiyyəti güc yolu ilə dəyişdirmək, silahlı qüvvələr, polis və məhkəməyə hücum etmək" kimi ağır cinayətlərdə ittiham edilir.
Terror təşkilatları və terrorçuların əmlakının müsadirə edilməsinə icazə verən yeni qanuna görə, terror siyahısına salınan şəxslər Apellyasiya Məhkəməsi əvəzində Təcili İşlər Məhkəməsində qərara etiraz edə biləcək.
Qəhirə Cəza Məhkəməsi ötən ilin yanvar-iyun aylarında da Əbutrika və "İhvan" liderilərini terror siyahısına salmış, amma Apellyasiya Məhkəməsi qərarı ləğv etmişdi.
Misir qanunlarına görə, adı terror siyahısına salınan şəxslərin ölkədən çıxması və ya xaricdə olunların ölkəyə girişi yasaqlanır. Ərəb dünyasının son illərdəki ən populiyar futbolçularından olan Məhəmməd Əbutrikanın əmlakı 3 il öncə "bəzi terror aksiyalarını maliyyələşdirmək" ittihamı ilə müsadirə edilmişdi.
Onu da qeyd edək ki, Məhəmməd Əbutrika karyerası ərzində Misirin "Tersana", "Əl-Əhli" və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klublarında çıxış edib. O, 2001-2013-cü illərdə milli komandada keçirdiyi 105 oyunda 38 qol vurub.
Aydın
Şərhlər