Meksikada 2 gün əvvəl baş verən 8,1 bal gücündə zəlzələdən ölənlərin sayı 90 nəfər çatıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünyasını dəyişənlərin Oaxaka, Çiapas və Tabaskoda olduğu deyilir. Oaxakada yerləşən evlərin təxminən 30%-i ya çöküb, ya da yararsız hala düşüb. Ölənlərin sayının artacağı təxmin edilir. Ölkədə 3 günlük matəm elan edilib.
Zəlzələdən sonra isə ölkəni vuran Katia qasırğası Verakruz bölgəsində torpaq sürüşmələrinə səbəb olub. Oaxakada bu səbəblə bələdiyyə binası və xəstəxana çöküb.
Qeyd edək ki, ölkədə baş verən zəlzələdən sonra sunami olmuş, dalğaların hündürlüyü 1 metrə çatmışdı.
Gülşən
Qaynarinfo.Az
Şərhlər