Ekonomiks 11:14 02.04.2021

Məktəblər niyə bağlandı: Nazirlik məsuliyyətdən yayınmaq istəyir... - Ekspert

"Bu, sadəcə, məsuliyyətdən yayınmaq üçün verilmiş bir qərar, atılmış bir addımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin orta məktəblərin onlayn təhsilə keçməsi ilə bağlı verilən qəraradan danışarkən deyib. Onun fikrincə, Təhsil Nazirliyi müddətsiz olaraq məktəbləri bağlasa, şagirdlərin gələcəkdə bütün fənlər üzrə aşağı nəticə göstərməsinə imkan yaratmış olacaq:
 
 

"Belə bir qərar gözlənilirdi. Novruz bayramından sonra yoluxma sayındakı artım müəyyən sahələrdəki qapanmaların olacağından xəbər verirdi. Yoluxanlar arasında ən az faiz isə məktəbləri əhatə edirdi. Təhsil Nazirliyinin distant təhsilə keçmək üçün heç bir resursu, avadanlığı yoxdur. Bü resurslar vasitəsi ilə şagirdlərə zəruru biliklərin verilməsi mümkün deyil”.

Kamran Əsədov bildirib ki, məktəblərin onlayn qaydada tədrisi mənfi problemlər ortaya çıxarır:

"Şagirdlər arasında kökəlmə, görmə pozunluğu yaranır. Digər tərəfdən riyaziyyat, fizika, kimya, biologiya fənlərini keçmək mümkün deyil. Bu qərarda ikili yanaşma var. Bakı, Sumqayıt, Abşeron, Şəki, Gəncədə məktəblər bağlanır. Digər tərəfdən bəzi ərazilərdə məktəblər davam edir. Həmin ərazilərdə təhsil alan şagirdlərin həyatı təhlükəyə atıla bilər. Onlayn dərslərdə şagirdlər heç bir keyfiyyət ala, heç nə öyrənə bilmirlər. Müəllim və şagirdlər bundan sadəcə istifadə edir. Hesab edirəm ki, bu qərar verilməməli idi”. 

Bahar Rüstəmli