Xəbər lenti

Məktəblərdə elektron jurnalların tətbiqi nə deməkdir? – Təhsil eksperti
Ölkə 14:34 27.10.2021

Məktəblərdə elektron jurnalların tətbiqi nə deməkdir? – Təhsil eksperti

"Məktəblərdə elektron jurnalların tətbiqi informasiyanın əlçatanlığı baxımından uğurludur. Amma bu, eyni zamanda, müəllimin iş yükünün artması deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə ənənəvi jurnal yazmaqdan imtina edilməsi və onun elektron jurnal və gündəliklərlə əvəzlənməsi məsələsindən danışarkən deyib. Ekspert düşünür ki, bu metod təhsil sisteminin elektronlaşmasına xidmət edəcək: 

"Bu metod informasiyanın əlçatanlığı baxımından kifayər qədər uğuludur və təhsil sisteminin elektronlaşmasına müsbət təsir göstərəcək. Elektron jurnallar övladlarının dərs davamiyyəti və biliyinin qiymətləndirilməsilə bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirir. Bu sistem valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkan verəcək. Elektron jurnala valideynin əlaqə nömrəsi daxil edilir və o sms vasitəsilə avtomatik olaraq övladının gündəlik hansı qiyməti aldığını bilir. Amma elektron jurnal məsələsi həm də müəllimlərin iş yükünün artması deməkdir. Müəllim həm ənənəvi kağız daşıyıcısı olan jurnalı, ardınca da elektron jurnalı yazmalı olur”. 
 


Təhsil eksperti qeyd edir ki, elektron jurnallar təhlükəsizliyi təmin etmir: 

"Elektron jurnallar hüquqi bazaya daxil edilməyib. Çünki ona təhlükəsizlik baxımından təminat vermək olmur. Məhz elektron informasiya təhlükəsizliyi tam təmin olunmadığından şagirdlər tərəfindən bəzi hallarda müəyyən proqramlar vasitəsilə qiymətlərə müdaxilələr baş verir. Təhlükəsizlik məsələsinin həlli, kənar müdaxilələrdən yan keçmək üçün elektron jurnal lokal xarakter daşımalı, ümumi deyil, lokal şəbəkəyə qoşulmalıdır”. 

K. Əsədov bildirir ki, elektron jurnalların bütün məktəblərdə tətbiqinə nail olmaq üçün hər bir müəllim fərdi kompüterlə təmin olunmalıdır:
 
"Yalnız hər bir müəllim fərdi kompüterlə təmin olunandan sonra məktəblərin tam olaraq elektron jurnallarla təmin edilməsindən danışa bilərik. 4432 orta məktəbə cəmi 120 min kompüter verilib. Belədə 9 şagirdə bir kompüter düşür. Bu isə qiymətləndirmə üçün yetərli deyil”. 

Rüfət Sultan



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->