İdman 16.01.2022

Məmmədyarovun rəqibi bəlli oldu

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

Qaynarinfo xəbər verir ki, ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?