Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb.
"Qaynarinfo" xəbər verir ki, bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanununda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət DİM-ə tapşırılıb.
Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər.
Qaynarinfo.Az
Şərhlər