Şotlandiyanın Sent-Endryus universitetində kimyəvi elementlərin ən qədim dövri cədvəli tapılıb.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Dmitri Mendeleyevin cədvəlinin ilkin versiyası doktor Alan Aytken tərəfindən laboratoriyada yır-yığış zamanı tapılıb. Cədvəl avadanlıqların arasında aşkarlanıb. Beynəlxalq ekspertlər qrupu tapıntını 1885-ci ilə aid edirlər. Cədvəl 1875-1888-ci illərdə fəaliyyət göstərən Vyana mətbəələrinin birində hazırlanıb.
Əlyazmaların birində litoqrafiya müəllifinin 1890-cı ildə öldüyü yazılıb. Cədvəldə qallium və skandium elementləri göstərilib.
Şərhlər