Xəbər lenti

Dünya 11:54 10.05.2019

Meqan Markl oğluna pişiyinin adını verib

Sasseks Hersoginyası Meqan Markl 6 mayda doğulan oğluna pişiyinin adını verib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Şahzadə Harri və Marklın oğlu "Archie" adlandırılıb. Keçmiş aktrisanın Archie adlı pişiyi olub və Meqan Markl universitetdə oxuyarkən ölüb. Markl ailəsinin yaxın dostunun mediaya verdiyi məlumata görə, həmin pişik Meqan Marklın anası Doria tərəfindən xilas edilib və ailənin sevimli üzvünə çevrilib. 

Hersoginya çox sevdiyi pişiyinə isə ABŞ komiks kitabının qəhrəmanının adını verib. 
 
Qeyd edək ki, Britaniyanın yeni şahzadəsinin tam adı "Archie Harrison Mountbatten-Windsor"dur.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->