Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir.
Qaynarinfo xəbər verir ki, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunarkən mülki insanlar və dinc sakinlər məhz bu yol vasitəsi ilə, Ömər aşırımından keçərək sərt və sıldırım dağları aşaraq qırğından canlarını qurtara biliblər.
Qeyd edək ki, 27 il sonra 2020-ci ilin noyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan müzəffər Azərbaycan Ordusu düşməndən azad edilən Kəlbəcər rayonunun ərazisinə məhz bu yolla, Ömər aşırımından keçərək daxil olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər