Almaniyanın "Mercedes-Benz” avtomobil konserni Almaniyadakı avtosalonlarını satmaq imkanını nəzərdən keçirir. Bu məqsədlə konsern yeni operatorlarla danışıqlara başlamağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, söhbət həm şəhərlərdə, həm də kənd yerlərində yerləşən 80 avtosalondan gedir. Şirkətin Ştutqartdakı baş qərargahındakı filialı da satışa çıxarılıb. Bununla belə, şirkət onların heç birinin bağlanmayacağını və avtomobil istehsalçısının maliyyə çətinliyi yaşamadığını vurğulayıb.
Gələcək alıcı əldə etdiyi avtosalonun inkişafına sərmayə qoymağa hazır olmalıdır. Eyni zamanda, "Mercedes-Benz" bəyan edib ki, bütün avtosalonların yalnız bir alıcıya satışı istisnadır.
Aydın
Şərhlər