Alman avtomobil istehsalçısı Mercedes-Benz dünyanın hər yerindən təxminən 1 milyon köhnə avtomobili əyləc sistemində yarana biləcək problemlərə görə geri çağırıb.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə şirkət məlumat
yayıb.
Şirkət maşınların əyləclərinin "böyümüş korroziya" adlandırdığı problem səbəbilə avtomobillərin sahibləri ilə əlaqə saxlayacağını deyib.
Bu, ümumilikdə 993 407, Almaniyada 70 000 avtomobilə aiddir.
Mercedes fövqəladə hallar sistemindəki təhlükəsizlik probleminə görə keçən il də eyni sayda avtomobili geri çağırmışdı.
Şirkət ən son geri çağırılan avtomobillərin 2004-2015-ci illər arasında istehsal edilən ML və GL seriyalı yolsuzluq avtomobilləri və R-Class lüks avtomobillərinin olduğunu deyib.
"Biz müəyyən etdik ki, həmin avtomobillərin bəzilərində əyləc gücləndiricisinin funksiyası korpusun birləşmə sahəsindəki artmış korroziyaya məruz qala bilər. Xüsusilə güclü və ya sərt əyləc manevrinin əyləc gücləndiricisinə mexaniki ziyan vurması mümkün ola bilər", - Mercedes-in verdiyi açıqlamada deyilir.
Mercedes maşınları dərhal geri çağırmağa başladığını və bu prosesin potensial nasaz avtomobillərin yoxlanılmasını və zəruri hallarda hissələrin dəyişdirilməsini əhatə edəcəyini bildirib.
Keçən fevral ayında şirkət qəza ilə bağlı təcili yardım xidmətlərini xəbərdar edən və avtomobilin yerini bildirən "eCall” funksiyasındakı qüsura görə 1 milyondan çox avtomobili geri çağırıb.
Nurlan Hüseynov
Şərhlər