Xəbər lenti

Mərhum rejissorun oğlundan ürək dağlayan sözlər (VİDEO)
Video 12:52 23.04.2019

Mərhum rejissorun oğlundan ürək dağlayan sözlər (VİDEO)

ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum rejissor Rövşən Almuradlının həyatından danışılıb.

Həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüblər:

Sara Almuradlı  – Həyat yoldaşı: "Bizə deyirdi ki, mən sizə mal-mülk qoymayacağam. Mən sizə adımı qoymuşam. Mənim adım gələn yerdə heç vaxt başınızı aşağı dikməyəcəksiz. Sərt və hövsələsiz idi. Amma kişi kimi xasiyyəti olduğu üçün hər şeyi ona keçirdim. Bir dəfə evin qarşısında maşına minərkən telefonu cinibindən çıxarmışdılar. Dərhal zəng edib, oğurlayan adam da telefonu açıb deyib ki, dayı, orda dayan, telefonu gətirirəm. 1 saat eyvanda dayanıb gözələyirdi ki, telefonunu gətirəcəklər. Təsəvvür edin nə qədər saf insan idi. Ona kələk gələnlər belə ona deyirdi ki, sən kişi adamsan, bizim səviyyəmizə enmə. Bu il ailəmizdə yubileylər ili idi. 2019-cu il mənim ilimdir deyirdi. Həmin səhər biz üz-üzə gələ bilmədik. O qapıdan çıxanda sağ-salamat dedim, amma üzünü görmədim, o sözü havaya dedim. Sanki uçub getdi”.

Kamal Almuradlı – Oğlu: "Mənə deyir ki, mən sənin dostunam. Ona görə mənə elə gəlir ki, mən həm atamı, həm dostumu itirdim. Uşaq vaxtı bir dəfə atamla parka gəzməyə çıxmışdıq. Orada böyük bir ağac kolu vardı. Keçdi o kolun arxasında gizləndi. Axtarırdım, çıxırdı. Bir dəfə çıxmadı ağladım. Gəlib məni qucaqlayıb dedi ki, narahat olma, mən həmişə sənin yanında olacağam. Hər tamaşasından, filmindən sonra onun qarşısına böyük bir daş qoyurdular. Əngəl yaradırdılar. Lakin o, bu maneələri dəf edirdi. Bəlkə də elə buna görə ürəyi dözmədi. Aprelin 2-si səhər Qubaya "Əsgərlər unudulanda ölür” filminin təqdimatına gedirdi. Dayanacaqda özünü narahat hiss edib. Təcili yardım çağırılıb, maşına özü minib. Lakin xəstəxanaya çatanda artıq keçinib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->