Xəbər lenti

Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
Ölkə09:31 26.08.2026

Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.

Qaynarinfo Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.

10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib.