Merkel siyasətdən gedəndən sonra yaşayacağı yeri açıqladı

Merkel siyasətdən gedəndən sonra yaşayacağı yeri açıqladı

Almaniya kansleri Angela Merkel siyasətdən gedəndən sonra Berlindəki mənzilində yaşamağa davam edəcəyini açıqlayıb.

Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, o, əlavə olaraq Ukermark kəndindəki mövcud bağ evindən istifadə edəcək.

Agentliyə görə, Merkel və əri Berlinin tam mərkəzində bir mənzildə yaşayırlar. Yaxınlıqda uzun müddətdir tikinti işlərinin aparıldığı Spree çayının sahili var. Həmçinin 19-cu əsrdə tikilmiş ev-abidənin yanında tramvay xətti və metro da yerləşir. Binanın ətrafında hasar yoxdur, ətraf tamamilə açıqdır.

Evdə altı mənzil var, kirayəçilərinin demək olar ki, hamısı təqaüdçü və pensiya yaşına çatmış insanlardır. Merkel kansler olmazdan əvvəl bu evdə yaşayıb və mənzilini hökumət başçısı olaraq saxlayıb. Xidmət evinə köçməkdən imtina edib.

Evin qarşısında nümayişlər keçirilə bilməz, yanında sakinlərin adlarının yazıldığı lövhələrin çəkilməsi də qadağandır. Binanın fotoşəkil çəkilməsinə icazə verilir. 

Qeyd edək ki, Merkel 22 Noyabr 2005-ci ildə Almaniyanın Federal Kansleri seçilib və bu vəzifədə ilk qadın olub.

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X