Dünya 12:19 04.05.2013

Merkel kişilərdə nəyi bəyənir

Almaniya kansleri ilk dəfə olaraq özü haqda sualları cavablandırıb.

Almaniyanın baş naziri Angela Merkel qadın dərgisi "Brigitte"yə maraqlı müsahibə verib. O, ilk dəfə olaraq şəxsi həyatına aid sualları cavabsız qoymayıb. Anspress-in məlumatına görə Almaniya kansleri çiyinlərini sallayaraq, dodaqlarını bükərək və əllərini birləşdirərək özünəməxsus "Merkel bədən dili" ilə bütün sualları cavablandırıb. 

Merkel "kişilərdə ən çox nəyi daha cəlbedici hesab edirsiniz?" sualına belə cavab verib: "Gözəl gözlər". Lakin müxbirin təkidlərinə baxmayaraq bundan artıq təfərrüatlara varmayıb və "kifayət qədər danışdım" deməklə kifayətlənib. 

O, müsahibə zamanı bəyənmədiyi xüsusiyyətlərindən də danışıb: "Öz səsimi bəyənmirəm. Çox ciyiltili səslənir. Bundan başqa, məsələn, baş nazir olaraq ayaqqabım silinmədən şəkil çəkdirməyi sevmirəm. Amma mətbəxdə olarkən baş nazir olduğumu da unudan bir qadınam".

Qaynar.info