Merkel pank-rokun müşayiətiylə kansler postuyla vidalaşdı (VİDEO)

Merkel pank-rokun müşayiətiylə kansler postuyla vidalaşdı (VİDEO)

Almaniyada ölkənin kansleri Angela Merkellə təntənəli vida mərasimi keçirilib. 
 
Qaynarinfo xəbər verir ki, hökumətin saytında verilən məlumata görə, tədbir məşəllər və xristian himni və pank-rokun müşayiəti ilə keçirilib.

Mərasim ənənəvi hərbi yola salma mərasimi aktı - Der Große Zapfenstreich şəklində baş tutub. Mərasimdə 200-ə yaxın insan iştirak edib.

67 yaşlı Merkel əməkdaşlığa və etimada görə hər kəsə təşəkkür edib, növbəti hökumətə və gələcək kansler Olaf Şolza uğurlar və bütün problemlərə həll yolu tapmaq imkanı arzulayıb.

Mərasim zamanı məşəllər alovlandırılıb və siyasətçinin özünün ifa etdiyi musiqi - xristian himni, "It Will Rain Red Roses For Me" treki və 1970-ci illərin "Rəngli lenti unutmusan" pank mahnısı səsləndirilib.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X