Dünya 17:10 23.09.2021

Merkelin varisi Rusiyanı qaz qiymətlərinin manipulyasiyasında ittiham etdi

Almaniyanın Federal Kansleri vəzifəsinə namizədlərdən biri Annalena Berbok Avropada qazın qiymətlərinin cari sürətlə yüksəlməsini bazara uyğunsuz olduğunu hesab edir.


Qaynarinfo xəbər verir ki, "İttifaq-90/”Yaşıllar” partiyasından olan siyasətçinin fikrincə, bunun arxasında Rusiya Federasiyası tərəfindən maxinasiyalar durur.

 

"Yaşıllar"ın liderlərindən birinin fikrinə görə, Moskvanın hərəkətləri onunla izah olunur ki,Kreml "Şimal axını 2" qaz kəmərini ən qısa müddətdə işə salmaq istəyir. Bu baxımdan, ruslar "Şimal axını 2"-yə qalan icazələri tez bir zamanda almaq üçün siyasi təzyiqi artırmaq istəyirlər", - Angela Merkelin mümkün varisi belə hesab edir.