Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb.
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb.
31 mart tarixinə 9 milyard 472 milyon dollar valyuta ehtiyatları 30 aprel tarixinə azalaraq 8 milyard 387 milyon təşkil edib.
Qeyd edək ki, Mərkəzi bankın hazırki valyuta ehtiyatları 31.12.2014 tarixindən bu yana, yəni son 4 aya 5 milyard 370 milyon dollar azalıb.
Qaynar.info
Şərhlər