Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları aprelin 1-nə 6 milyard 393,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Qaynarinfo-ya AMB-dən məlumat verilib.
Bildirilib ki, bu göstərici martın 1-i ilə müqayisədə 7,1 milyon dollar az, ilin əvvəlinə nisbətən 53 milyon ABŞ dolları çoxdur.
Şərhlər