Maqazin 13:20 07.03.2015

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Bank məlumat yaydı.

2014-cü il dekabr ayının əvvəlindən 2015-ci il fevral ayının sonunadək, yəni cəmi üç ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard dollar azalaraq 11 milyarda düşüb.

Bu barədə Qaynar.info-ya Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edək ki, son 1 ayda isə valyuta ehtiyatları 13,2% və yaxud 1,7 milyard dollara yaxın azalıb.

“Fevral ayında MB-nin valyuta bazarına müdaxiləsi rekord həddə olub - 1.68 milyard dollar.

Qeyd etmək lazımdır ki, bu, fevral ayının yalnız 20 günü ərzindəki itkidir ki, bundan sonra Mərkəzi Bank manatın 34% ucuzlaşmasına getməyə məcbur olmuşdu” - deyə, ekspertlər bildirir.

Qaynar.info