Dünya 10:50 20.10.2018

Merkuriyə kosmik raket göndərildi: 7 il sonra çatacaq

Son 14 ildə ilk dəfə Merkuriyə kosmik raket yola salınıb.

Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, Fransa və Yaponiya tərəfindən reallaşdırılan "BepiColombo" layihəsi çərçivəsində kosmik vasitə Fransa Qvineyasından yola salınıb. "Ariane" raketi vasitəsilə göndərilən kosmik vasitə növbəti 1-2 il ərzində 2 hissəyə bölünərək tədqiqat prosesini genişləndirə bilər. "BepiColombo" 2 milyard dollara başa gəlib. 

"BepiColombo" 2025-ci ilin dekabrında Merkuriyə çatacaq. 
 
Günəşə yaxın olması səbəbindən Merkuriyə kosmik vasitə göndərməyin çətin olduğunu qeyd edən mütəxəssislər "BepiColombo" misiyasının ən çətin layihələrdən biri olduğuna diqqət çəkiblər.

Gülşən