Xəbər lenti

Məsələ yalnız faşistlərin tərəfinə keçməkdədirmi?
Hüseynbala Səlimov
Siyasət 17:17 21.10.2019

Məsələ yalnız faşistlərin tərəfinə keçməkdədirmi?

Hüseynbala Səlimov

Bəli, mübaliğəsiz demək olar ki, MDB-nin sonuncu Aşqabad sammitində Azərbaycan prezindetinin çıxışı Valday Forumundan sonra erməni baş naziri üçün ikinci sillə oldu.

Prezident İ.Əliyev nəinki Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə töhfəsi kimi vacib bir məsələnin üzərində ətraflı, detallarına qədər dayandı, eyni zamanda Ermənistan hakimiyyətlərinin bu konteksdə neqativ siyasətinə toxundu və sammit iştirakçılarının diqqətini faşizm xadimlərinin qəhrəmanlaşdırılması faktlarına yönəldərək hələ keçmiş prezident S.Sarqsyan dövründə az qala, İrəvanın mərkəzində faşist canisi Q.Njdeyə abidə qoyulmasını yada saldı.

Məsələ təkcə bunda deyil ki, Q.Njde müharibə zamanı faşistlərin tərəfinə keçən bir adam olmuşdu –  belələri digər millətlərin də təmsilçiləri arasında olmuşdu. Faşistlər demək olar ki, SSRİ xalqlarının hamısının təmsilçilərindən "milli legion”lar formalaşdıra bilmişdilər, hətta rusların da belə legionu vardı və "Rus azadlıq ordusu” adlanırdı. Erməni legionu tərkibində isə 30000 min nəfərdən artıq insan olmuşdu. 

Əlbəttə ki, həmin vaxtlar Azərbaycan legionu da yaradılmışdı və biz bunu xatırlamağamızın səbəbini bir az sonra deyəcəyik. 

Azərbaycan legionunun rəhbərlərindən biri Ə.Fətəlibəyli-Düdənginski idi. Müharibədən sonra amerikalılar onu yeni yaradılmış "Azadlıq” radiosunun "Azərbaycan redaksiyası”nın ilk direktoru təyin etmişdilər və sonradan bu adam Münhendə DTK-nın göndərdiyi agent tərəfindən qətlə yetirilmişdi. Sual olunur: Düdənginskinin hərbi karyerasında qara ləkələr olsaydı, onun SS-lə, nə bilim, daha kimlə və nə ilə bağlılığı olsaydı, heç amerikalılar bu adamı "Azadlıq” radiosunda bu cür vəzifəyə təyin edərdilərmi?.. 

Əlbəttə ki, etməzdilər. Düdənginski əslində Britaniya Baş naziri U.Çerçillə göndərdiyi məktubda öz siyasi baxışlarını, almanların tərəfinə keçməsinin səbəblərini yetərincə və inandırıcı bir şəkildə şərh eləmişdi. Məsələ bundaydı idi ki, minlərlə digər insanlar kimi, Əbdürrəhman bəy də almanlara digər bir tiraniyadan – kommunist tiraniyasından qurtuluş yolu kimi baxırdı.

Biz bu detalın üstündə niyə dayandıq? Birincisi, Azərbaycan prezidentinin çıxışından sonra ermənilər azərbaycanlıların da almanlarla əməkdaşlıq etməsi haqda yazılar yaydılar. İkincisi, Qaregin Njdenin məsələsi təkcə almanların tərəfinə keçmək məsələsi deyildi və ermənilərin hətta Ermənistandan kənarda "xatirə”sini əbədiləşdirməyə çalışdıqları bu adamın çox böyük cinayətləri  və almanlarla əməkdaşlıq edən digər insanlardan ciddi fərqləri vardı.           

Məsələ ondadır ki, bu cəllad, bu hərbi cani, birincisi, mülki insanlara qarşı cəza tədbirlərində, xüsusən də yəhudilərin qətliamında iştirak etmişdi və ikincisi, faşizm ideologiyası ilə səsləşən, erməni faşizminin "konsepsiyası” sayılan və erməni xalqının guya digər xalqlardan üstün olduğunu bəyan edən bir "təlim” də cızma –qara etmişdi.

Təəssüf ki, Rusiyada bu məsələyə hələ də adekvat münasibət sərgiləmirlər. Ayrı-ayrı politoloqlar və jurnalistlər etirazlarını ifadə edib, amma bütövlükdə Rusiya KİV-ləri uzun müddət yalnız "müasir Ukrayna faşizmi” haqqında danışır və yazır, müasir Baltikyanı dövlətlərin guya ki, faşist xadimlərini qəhrəmanlaşdırmasını iddia edirdilər.

Amma maraqlısı nədir? Bizə Baltik ölkələrində milli legionların təmsilçilərinə abidələr ucaldılması kimi faktlar məlum deyil, yox, onlar faşistlərin tərəfinə keçən adamları qəhrəmanlaşdırmırlar, sadəcə, keçmiş sovet ordusunun da onlar üçün işğalçı bir ordu olduğunu bildirirlər ki, bu da ən azı hamımızın bildiyi tarixi həqiqətdir və bir daha deyirik ki, bir çox insanların faşistlərin tərəfinə keçməsinin bir səbəbi də bu idi ki, onlar faşist Almaniyasının timsalında digər bir tiraniyadan – kommunist tiraniyasından qurtuluş imkanı görürdülər. 

Belədəsə, Baltikyanı ölkələrin xalqlarının heç bir faşist ideologiyası yox idi və estonlar, latışlar və litvalılar erməniləri "seçilmiş” və "üstün” xalq sayan Q.Njde və tərəfdarlarından fərqli olaraq özlərini belə bir xalq kimi qələmə vermirdilər.

Ukraynaya gəldikdəsə, Vladimir Zelenski prezident seçiləndən sonra "müasir Ukrayna faşizmi” haqqındakı söhbətlər sabun köpüyü kimi partladı, hərçənd, Zelenskiyə qədər də Ukrayna siyasi isteblişmentinin ən yuxarı eşelonunda belə xeyli yəhudi əsilli siyasi xadimlər vardı, son prezident seçkiləri isə göstərdi ki, bu vaxta qədər aparılan qara təbliğat yalandan başqa bir şey deyildi – razılaşın ki, faşitlər heç vaxt yəhudini özlərinə prezident seçməzlər....
Amma burada, az qala, Rusiyanın böyründə faşist cəlladları təkcə reabilitasiya olunub qəhrəmanlaşdırılmır, onların hətta açıq bir şəkildə fetişləşdirilməsi, milli ideoloqlar kimi təqdim olunması baş verir. Bu da azmış kimi, otuz illik Dağlıq Qarabağ savaşı göstərdi ki, belə siyasət ermənilər üçün təkcə "tarixi və mənəvi önəm” kəsb etmir, onlar Njdenin "təlim”ini hazırda təcrübədə tətbiq edirlər: baxın, Azərbaycanın Xocalı şəhəri yerlə - yeksan edilibdir, Qarabağın işğal olunmuş ərazilərində və Ermənistanın özündə total etnik təmizlənmə aparılıb, erməni əsirliyində olan insanlar elə şeylər danışır ki, hətta faşistların cinayətləri haqqında yüzlərlə filmlərə baxmış biz insanların bunlar ağlına belə gəlmir...

Odur, birmənalı şəkildə demək olar ki, faşizm ermənilərin tarixində kiçik bir epizod deyil, yox, bəlkə də dinc mülki insanlara qarşı cinayətlər məhz onların kəşfidir – onlar bunu hələ 1905-ci, 1915-18-ci illərdə və otuz illik Qarabağ savaşı dövründə tətbiq ediblər. 

Üstündən artıq qısa müddət keçsə də, bir daha sual edək: Aşqabad sammiti daha nə ilə diqqəti çəkdi? Son vaxtlarda Azərbaycan tərəfindən düşmənə qarşı hiss olunacaq diplomatik həmlə müşahidə olunur. Bunun da böyük önəmi var: bu vaxta qədər biz daha çox daxili auditoriya üçün danışır və göstərirdik, artıq isə erməniləri beynəlxalq tədbirlərdə, xüsusən də MDB-nin müxtəlif tədbirlərində ifşa etməyin vaxtı yetişibdir. Bu baxımdan Azərbaycan prezidentinin son bəyanatlarının müstəsna əhəmiyyəti var.

Etiraf edək ki, erməni baş nazirinin sərsəm-sarsaq avqust bəyanatlarından sonra tamam qeyri-müəyyən vəziyyət yaranmışdı və qəti məlim deyildi ki, bundan sonra nə olacaq, hərçənd, Azərbaycanın XİN-i bu bəyanatları cavabsız qoymur və mütəmadi olaraq kəskin reaksiyalarla çıxış edirdi. Amma ölkənin mövqeyini prezidentdən yaxşı heç kim ifadə edə bilməz və prezident İ.Əliyev də bunu etdi...

Burada daha bir mühüm məqamı qeyd etmək lazımdır. Tədbirdə Belarus prezidenti də bir daha tədbirdə iştirak edən dövlət və hökumət başçılarının diqqətini post-sovet məkanındakı münaqişələrə yönəltməyə çalışdı ki, bu da bizim – azərbaycanlı diplomatların işininin, xüsusən də prezident İ.Əliyevin apardığı sistemli siyasi kursun nəticəsi sayılmalıdı..

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->