Maqazin 17:44 02.10.2014

Məşhur aktrisa azərbaycanlı məmur qızının libasında – FOTOLAR




Məşhur amerikalı aktrisa və model Melani İqlesias Los-Ancelesdə keçirilən “Anabella” filminin təqdimat gecəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, mərasimdə tanınmış ulduzun libası xüsusi diqqət çəkib. Melani azərbaycanlı modelyer Günel Rüstəmovanın hazırladığı paltarda olub. Hazırda Londonda yaşayan və fəaliyyət göstərən Günel “Gyunel” moda evinin sahibidir. Onun dizaynı ilə hazırlanan libasları bir çox məşhur dünya ulduzu geyinib.

Qeyd edək ki, Günel Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.

Qaynar.info