Maqazin 12:32 13.07.2020

Məşhur aktrisa xərçəng səbəbindən dünyasını dəyişdi

Hollivud ulduzu Con Travoltanın həyat yoldaşı, eyni zamanda həmkarı Kelli Preston vəfat edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Con Travolta özü məlumat verib. Aktrisa 58 yaşında, xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

"Gözəl həyat yoldaşım Kelli 2 il döş xərçəngi ilə mübarizə apardıqdan sonra gözlərini yumdu", - deyə Travolta yazıb.

Camal