Dünya 10:01 18.04.2019

Məşhur aktyor qətlə yetirildi

"T2 Trainspotting" filminin aktyoru, sabiq boksçu Bredli Uelş Şotlandiyanın paytaxtı Edinburqda qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Edinburq Polis Diviziyası məlumat yayıb. 42 yaşlı aktyor Çester küçəsində başından güllə yarası alıb və həyatını itirib. 

Hadisənin səbəbi hələlik bilinmir. Polis cinayəti törədəni axtarır.

Gülşən