Dünya 13:49 08.03.2021

Məşhur amerikalı reper qətlə yetirildi

 
ABŞ-ın tanınmış reperi Kori Detic (Chucky Trill) şəxsi avtomobilində güllələnərək qətlə yetirilib.

Qaynarinfo "Mirror”a istinadən xəbər verir ki, hadisə Corciya ştatında olub. Qətlin motivi məlum deyil.

Qətli törədən hadisə yerindən qaçaraq gizlənib. Bildirilib ki, həkimlər hadisə yerinə gedərək musiqiçinin həyatını xilas etməyə çalışsalar da, reperi aldığı yaradan ölüb.