"Bozbash Pictures” serialındakı "Təzəgül” obrazı ilə önplana çıxan aktrisa Asya Abdullayeva vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial media hesabında məlumat verib:

"Elə indilərdə aldığım məlumata görə,komandamızın sevimlisi, Şəminin Təzəgüliçkası, ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. 
Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə, övlad və nəvələrinə baş sağlığı diləyirəm".

Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.