Ekonomiks 16:40 27.10.2020

Məşhur azərbaycanlı bəstəkarın qızının şirkəti bağlanır

"Art Agency” MMC ləğv olunduğunu elan edir. 

"MediaPost” xəbər verir ki, bununla bağlı MMC-nin kreditorlarına müraciət edilib.

Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan küçəsi, ev 23, mənzil 23 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Art Agency” MMC 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Lalə Quliyevadır. L. Quliyeva isə mərhum Azərbaycan bəstəkarı Tofiq Quliyevin qızıdır.

Şirkətin bağlanması ilə bağlı L. Quliyeva "MediaPost"a açıqlamasında bildirib ki, bu ərəfədə şirkətin işləri və xidmətləri dayanmışdı: "Artıq 9 aydır ki, işlər dayanmışdı. Buna görə də, şirkəti bağlamaq qərarına gəldik".