Məşhur bacılar ATV-də

Məşhur bacılar ATV-də

Müğənni Sevil və Sevinc Səfərovalar yenidən aparıcılıq edəcək.

Axşam.az-ın əldə etdiyi məlumata görə, bacılar bu dəfə ATV-də çalışacaqlar.

İfaçıların yeni layihəsi günorta saatlarında yayımlanacaq.

Şou xarakterli proqramda Sevil və Sevinc sənət adamlarını qonaq edəcəklər.

Qeyd edək ki, əkizlər bundan əvvəl "Xəzər" telekanalında "Hər şey daxil" verilişini aparırdı. Bacılar proqramdan ayrıldıqdan sonra aparıcılıq etməyəcəklərini açıqlamışdı. Onlar aparıcılığın onların sənətinə mane olduğunu deyirdi.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR