Xəbər lenti

Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb
Maqazin 20:21 13.07.2025

Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb

Musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb. 

Qaynarinfo "axşam.az"a istinadən xəbər verir ki, bu haqda müğənni Rəqsanə İsmayılova məlumat yayıb. O bildirib ki, onun istəyi ilə Abbas bu addımı atıb. 

"Təşəkkür edirəm ki, sözümü yerə salmadın. Təranə ilə danışmaya bilmərəm. Amma iki övlad ananın yanında olacaq. Bir qadını həbsdən çıxartmağımız mənim üçün böyük işdir" deyə, Rəqsanə deyib. 

Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->