İdman 20:37 20.10.2013

Məşhur futbolçu karyerasına son qoydu - VİDEO


Futbol  İtaliya millisinin müafiə xəttinin liderlərindən biri olan Alessandro Nesta karyerasına son qoyub.

Ans press-in məlumatına görə, 2012-ci ildən ABŞ-ın MLS Liqasında mübarizə aparan "Montreal İmpakt" klubunda yaşıl meydanlara çıxış edən 37 yaşlı müdafiəçi ötən gecə son oyununa çıxıb.

İtaliya futbolunun canlı əfsanəsi son oyununda "Filadelfiya Yunion" üzərindəki 2:1 hesablı qələbə qazanıb.

"Latsio" (1993–2002) və "Milan"dakı (2002–2012) çıxışı ilə məşhurlaşmış təcrübəli futbolçu açıqlamasında bildirib ki, bir neçə ay istirahət edəndən sonra məşqçiliyə başlamaq niyyətindədi.

Qaynar.info