Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən "FaceUp Beauty Academy”nin yerləşdiyi qeyri-yaşayış sahələri hərrac vasitəsiylə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, satışa çıxarılan obyektlərin ümumi dəyəri 2 940 000 manata bərabərdir.
Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 169 ünvanında yerləşən 190,9 kv. metrlik obyektin hərrac qiyməti 1 260 000 manat, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1217-ci məhəllə, ev 20 ünvanında yerləşən 182,6 kv. metrlik obyektin hərrac qiyməti 1 190 000 manat, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20 ünvanında yerləşən 382 kv. metrlik obyektin hərrac qiyməti isə 490 000 manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər ilkin satış qiymətinin 5%-i həddində beh ödəməlidirlər.
Məlumat üçün bildirək ki, "FaceUp Beauty Academy”nin 2019-cu ildə dövlət qeydiyyatına alınan "Face UP” MMC-yə bağlı olduğu bildirilir.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kələntərli Nərvin Samir qızıdır.
"FaceUp Beauty Academy”nin sosial şəbəkə hesabında "Face Up”ın rəhbəri və yaradıcısının Nərgiz Kələntərli olduğu bildirilir.
Şərhlər