"Samsung" şirkətinin vitse-prezidenti və prezident Lee Kun-Heenin böyük oğlu Jay Y. Lee şirkətin rekord gəlir açıqlaması sayəsində fevral ayından həbsdə olmasına rəğmən varlanmağa davam edir.
"Qaynarinfo" xəbər verir ki, Cənubi Koreyanın sabiq prezidenti Park Geun-Hyeyə rüşvət verdiyi üçün həbs edilən və 5 il azadlıqdan məhrum edilən biznesmen sahib olduğu "Samsung" səhmlərinin 1 faizini itirsə də, hazırda ona məxsus səhmlərin dəyəri 2 milyard dollardan artıqdır.
Lee həmçinin həbsdə olduğu müddətdə 10.5 milyon dollar dəyərində dividendi və "Samsung"un tərkibindəki digər hissələrinə görə 743 min dollar mükafatı almağa davam edir.
"Forbes"in hesablamalarına görə, Leenin sərvəti həbs olunana qədər 7.7 milyard dollar idisə, artıq 8 milyardı keçib.
Aydın
Qaynarinfo.Az
Şərhlər