Dünya 23:52 19.09.2021

Məşhur kəndirbaz 600 metrlik məsafəni qət etdi

Fransanın paytaxtı Parisdə məşhur kəndirbaz Nathan Paulin Eyfel Qülləsinin birinci mərtəbəsindən Şaillot teatrına qədər olan 600 metrlik məsafəni ip üzərində qət edib.

Qaynarinfo Axar.az-a istinadla xəbər verir ki, 27 yaşlı kəndirbaz 70 metr hündürlükdə bu uğura imza atıb.

Tamaşaçıların alqış sədaları altında Paulin uğurla müəyyən etdiyi hədəfə çataraq şou göstərməyi də unutmayıb.

Kəndirbazın üzərndə təhlükəsizlik kəmərinin olduğu da deyilib.