Dünya 15:59 13.12.2013

Məşhur mafiozun qohumları həbs olundu


İtaliya polisi bu gün Siciliya mafiyasının "bosslar bosu" Matteo Messina Denaronun qohumlarını həbs edib.

Qaynar.info
xəbər verir ki, həbs olunanlar arasında Denaronun "Koza Nostra"ya rəhbərlik etməkdə yardım edən bacısı, iki qardaşı və yaxın qohumları da var.

Mafiozun qohumları Siciliyanın qərbindəki Trapani şəhərində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində həbs olunub. Əməliyyat zamanı həmçinin, Denaro və olnun ailəsinə məxsus olduğu bildirilən 5 milyon avro götürülüb.

Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda və qəsbkarlıqda ittiham olunur.

Qeyd edək ki, "Diabolik" ləqəbli Matteo Messina Denaro 1993-cü ildən axtarışdadır. 50 yaşlı mafioz 2006-cı ildən "xaç atası" Bernardo Provençanonun həbsindən sonra "Koza Nostra"ya rəhbərlik edir.

Qaynar.info