Məşhur menecer Qvardiolanı təhqir etdi

Məşhur menecer Qvardiolanı təhqir etdi

Futbol dünyasının ən menecerlərindən biri olan Mino Raiola "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə bağlı danışıb. 

Qaynarinfo xəbər verir ki, menecer kataloniyalı mütəxəssislə bağlı ağır sözlər işlədib.

"Daily Mirror"a açıqlamasında Qvardiolanı qorxaq adlandıran Raiola "Ancaq özünü satmaqda yaxşıdı" deyib. Kataloniyalı mütəxəssisi fantastik məşqçi adlandıran Raiola "Bununla birlikdə insani keyfiyyətləri sıfırdı. Alçaq və itdi" deyərək onu təhqir edib.

Qeyd edək ki, Mino Raiolanın Pep Qvardiola ilə münasibətləri Zlatan İbrahimoviçin "Barselona" forması geyindiyi dövrdə pisləşib. Bundan əvvəl verdiyi açıqlamada Qvardiolanın Zlatanı aldatdığını və oyunçusunu yarı yolda buraxdığını bildirən Raiola "Mançester Siti"nin də bu mövsüm Çempionlar Liqasını qazanmasını istəmədiyini deyib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR