Maqazin 09:56 15.11.2014

Məşhur model itləri ilə birlikdə öldü

Dünyaca mpəhşur "L`Oreal" və "Prada" siması olan Katerina Netoliçka ölüb. Qaynar.info xəbər verir ki, çex modelin cəsədi evində tapılıb.

Çexiyanın Litvinov şəhərində yaşayan Netoliçkanın ölüm səbəbi hələ bilinmir. Modelin cəsədi hamamda tapılıb. Yaxınlığında isə iki itinin cəsədi də aşkarlanıb. 

Netoliçkanın səhhətində heç bir problemin olmadığı bildirilir. Olay zamanı onun buz xokkeyi oyunçusu olan sevgilisi Yakub Petruzalek oyun üçün Rusiyada olub.

Qaynar.info