Türkiyəli müğənni Hadisə xəstəxanalıq olub.
Qaynarinfo xəbər verir ki, ötən gecə 33 yaşlı sənətçinin halı qəfil pisləşib. Müğənni təcili özəl klinikalardan birinə aparılıb.
Yayılan məlumata görə, Hadisənin vəziyyətinin pisləşməsinə səbəb qızdırmasının qalxması olub. Sənətçi bir neçə saat xəstəxanada həkimlərin nəzarətində qaldıqdan sonra evə buraxılıb. Hadisə ev şəraitində müalicəsini davam etdirir.
Şərhlər