Dünyaca məşhur amerikalı ulduz Beyonsun Los-Ancelesdəki evinə oğrular girib.
Qaynarinfo xəbər verir ki, oğrular müğənninin əşyalarını, bahalı əl çantalarını və paltarlarını kassalardan çıxardaraq aparıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, əşyaların qiyməti 1 dollar dəyərindədir.
Oğrular 1 ayda 2 dəfə müğənninin əşyalarını yağmalayıb. İlk soyğundan bir həftə sonra oğrular eyni anbar kompleksindəki daha bir neçə kameraya girərək müğənninin stilistlərindən birinə məxsus əşyaları götürüb.
Məlumat üçün bildirək ki, Beyonce Jizel Noules müğənni, səsyazma prodüseri, aktrisa, rəqqasə və modeldir. O, 28 "Qremmi” mükafatı qazanıb ki, bu da qadınlar arasında bir rekorddur.
Şərhlər