Xəbər lenti

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir (VİDEO)
phrase_var_qaynar. 12:15 24.07.2026

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir (VİDEO)

Türkiyənin məşhur müğənnisi Edis Bakıda konsert verəcək
 
Hava limanında Qaynarinfo-nun suallarını cavablandıran müğənni azərbaycanlı pərəstişkarlarının onun üçün xüsusi yer tutduğunu bildirib.
 
Sənətçi azərbaycanlı fanatlarını digər ölkələrdəki pərəstişkarlarından fərqləndirən xüsusiyyətdən danışarkən deyib ki, Bakıda Crystal Hall-da verdiyi konsert karyerasının ən unudulmaz çıxışlarından olub.

"Həyatımın ən önəmli konsertlərindən birini burada vermişəm. Crystal Hall-da keçirdiyim konsert mənim üçün hələ də unudulmazdır. Ümid edirəm ki, yenidən belə bir konsert təşkil edəcəyik. Orada qurulan bağ və o xüsusi gecəni birlikdə yaşamağımız mənim üçün hər zaman fərqli məna daşıyır", – deyə Edis bildirib.

Müğənni əlavə edib ki, Azərbaycan tamaşaçısının sevgisi ona daha səmimi görünür:

"Azərbaycanda hər zaman özümü qarşı fərqli sevgi hiss edirəm. Doğrudan da, bu ölkənin insanları möhtəşəmdir".

Qeyd edək ki, o bu gün "Dream Fest 2026" festivalında əsas müğənni kimi səhnəyə çıxacaq.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->