Pank musiqiçisi Billi Aydol heroin istifadəsi və 1984-cü ildə baş vermiş ölümcül doz aşımı ilə bağlı xatirələrini bölüşüb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Billy Idol Should Be Dead" adlı yeni sənədli filmdə danışıb.
69 yaşlı musiqiçi həmin hadisənin Londonda baş verdiyini deyib. O vaxt onun təxminən 20 yaşı olub.
"ABŞ-dan qələbə ilə qayıdırdım və az qala hər şeyi məhv edəcəkdim. Londona çatdıq, tanıdığımız bir çox dostumuzla görüşdük. Onlarda çox güclü heroin var idi", deyə o xatırlayıb.
Qrupun digər üzvləri özlərini itirdikdən sonra Aydol və dostu heroin qəbul etməyə davam ediblər və bu da doz aşımı ilə nəticələnib.
Billi Aydol heroini tamamilə 1980-ci illərdə Banqkoka etdiyi səfərdən sonra tərk edib. Həmin səfərdə o və dostu bir otelə təxminən 75 min dollar məbləğində ziyan vurublar. Musiqiçi həmin vaxt liftdə huşunu itirib və liftin qapıları onun qarşısında dəfələrlə açılıb-bağlanıb.
Aydın
Şərhlər