Xəbər lenti

Məşhur qalada 300 ildir heç kimin daxil ola bilmədiyi otaq aşkarlandı
Dünya 22:45 03.06.2025

Məşhur qalada 300 ildir heç kimin daxil ola bilmədiyi otaq aşkarlandı

Ukraynanın qərbində yerləşən tarixi Qaliç qalasında üç əsrdir bağlı qalan gizli bir otağın mövcudluğu 2023-cü ildə aşkar edilən havalandırma şaxtası ilə üzə çıxıb. 

Qaynarinfo xəbər verir ki, arxeoloqlar bu otağın funksiyasını və yeraltı keçidlərlə mümkün əlaqəsini araşdırırlar.

Ukraynanın qərbində, Qaliç şəhərində yerləşən tarixi eyni adlı qala (digər adı ilə Starasta qalası) altında təxminən 300 ildir möhürlənmiş vəziyyətdə qalmış sirli bir otaq gün işığına çıxarılıb. Tozlu, qaranlıq və onillərlə əlçatmaz olan bu otaq, qalanın tarixinə yeni bir mərhələ əlavə edir.

Qalanın tarixi XII əsrə qədər gedib çıxır. Dnestr çayına baxan qayalı bir yüksəklikdə əvvəlcə taxta istehkam kimi inşa edilən bu tikili, XIV əsrdə Polşa kralı III Kazimirin dövründə daşla yenidən tikilmiş, XVII əsrin əvvəllərində isə memarlıq baxımından yenidən formalaşdırılmışdı. Lakin 1676-cı ildə baş verən Türk-Polşa müharibəsi zamanı top atəşləri qalanın müdafiə divarlarını və bəzi qüllələrini dağıdıb.



300 illik izolyasiya: Mühürlənmiş otağın hekayəsi

Həmin döyüşlər zamanı dağılmış divarın altında qaldığı ehtimal edilən otaq, Qədim Qaliç Milli Qoruğunun baş direktoru Vladimir Oleynikin sözlərinə görə, təxminən 150 kubmetr torpaq və qırıntı altında qalararaq xarici dünyadan tamamilə təcrid olunmuşdu. Otaq o vaxtdan bəri heç vaxt açılmamış və zamanla unudulmuşdu.

Havalandırma şaxtası sirri açdı

2023-cü ildə mütəxəssislər qala daxilində kiçik bir havalandırma şaxtasına rast gəliblər. Bu şaxta nəhayət mühürlü otağa aparan yolu açıb. İllərlə davam edən diqqətli qazıntı işlərindən sonra arxeoloqlar otağa ilk dəfə fiziki olaraq daxil ola biliblər.



Otağın funksiyasına dair ilkin ehtimallar, buranın müharibə zamanı silah-sursat və ya qiymətli əşyaların qorunduğu kazamat tipli mühafizə olunmuş bir yer olduğunu göstərir. Divarlardan birində aşkarlanan kiçik bir dəlik isə bu məkanı daha da maraqlı edir. Bu boşluğun, yerli əfsanələrdə tez-tez bəhs olunan yeraltı keçidlərə açılan bir yol ola biləcəyi düşünülür.

Arxeoloji işlər yalnız əllə aparılır

Araşdırmalar hazırda yalnız əllə, heç bir mexaniki müdaxilə olmadan aparılır ki, bu da arxeoloji toxumaların zərər görməsinin qarşısını almaq üçündür. Ərazi bu mərhələdə ictimaiyyətə açıq deyil. Arxeoloqlar ümid edirlər ki, otaqda aparılacaq ətraflı tədqiqatlar sayəsində Halyç şəhərinin ən önəmli tarixi tikililərindən biri olan Qaliç qalası ilə bağlı indiyədək məlum olmayan yeni məlumatlar üzə çıxacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->