Dünya 09:28 25.10.2020

Məşhur rusiyalı deputat güllələndi

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, hadisə ötən gün axşam saatlarında millət vəkilinin evində baş verib. Bildirilir ki, A. Petrov naməlum şəxs tərəfindən sinəsindən aldığı güllə yarası nəticəsində vəfat edib. 

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin" z "bəndi ilə cinayət işi başladılıb. Hadisə yerində istintaq və əməliyyat qrupunun işlədiyi bildirilib. Petrovun yaxın ətrafı və  təmasda olduğu digər şəxslər istintaqa cəlb edilir.

Qeyd edək ki, Leninqrad bölgəsində tanınmış iş adamı olan 61 yaşlı Aleksander Petrovun oğlu Vitali Petrov ilk rus "Formula 1” pilotlarından olub. Petrov özü isə bir sıra səhmdar cəmiyyətlərin və digər yerli müəssisələrin ortaq sahibi idi.