Dünya 11:28 28.07.2018

Məşhur rusiyalı yazıçı vəfat etdi

Məşhur rus yazıçı Vladimir Voynoviç vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 85 yaşlı yazıçının ölüm səbəbi kimi infarkt göstərilir.
 
1932-ci ildə Düşənbədə doğulan Voynoviç Sovet İttifaqında müxalif mövqeyinə görə ölkədən köçmüş, Almaniyada yaşamışdı. "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları" əsəri ilə məşhur olan yazıçı daha sonra Rusiyaya qayıtmışdı. O, son illərdə də hazırkı Rusiya hakimiyyətini tənqidi ilə diqqət çəkib. 

Gülşən