İdman 17:39 11.10.2019

Məşhur sayt "Karvan"ı diriltdi, Ermənistanda oyun keçirtdi (FOTOFAKT)

Futbol24.com bukmeyker saytı Yevlaxın "Karvan” klubunu "dirildib”.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 2014-cü ildə dağılan futbol klubu bu gün "oyun keçirib”.



Maraqlı burasındadır ki, "Karvan” Ermənistanın "Şirak” komandası ilə yoxlama oyunu keçirib. Məsələni araşdıranda məlum olub ki, "Şirak” bu gün "Karvan” yox, "Van” klubu ilə yoxlama oyunu keçirib. Ad oxşarlığı isə belə nöqsanın yaranmasına səbəb olub.



Qeyd edək ki, "Karvan” 2004-2014-cü illərdə mövcud olmuş klubdur. Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun finalında mübarizə aparıb.