İsveç avtomobil şirkəti "Volvo" bütün dünyada satılmış 500 mindən çox avtomobilini geri çağırır.
Qaynarinfo xəbər verir ki, buna səbəb avtomobillərdəki nasazlıqdır.
Mühərrik bölməsində nasazlıq yanğına səbəb ola bilər. Şirkətdən bildirilib ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.
Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.
Şərhlər