Maqazin 12:15 12.03.2019

Məşhur türk aktrisası: "Ata tərəfim azərbaycanlıdır"

Türkiyəli aktrisa Nergis Kumbasar rol aldığı "Çat Kapı Aşk" filminin təqdimat gecəsinə qatılmaq üçün Bakıya gəlib. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran aktrisa atasının əslən azərbaycanlı olduğunu açıqlayıb:

"Bu mənim Bakıya 3-cü gəlişimdir. İlk gəlişim işlə bağlı idi. Amma ikinci dəfə qızımla birgə istirahət məqsədi daşıyırdı. Mənim ana tərəfim rus, ata tərəfim isə azərbaycanlıdır. Ona görə də buralar mənə çox doğmadır. Çox zaman bir ölkəyə dəfələrlə gəzintiyə gedirik. Amma Azərbaycana nədənsə az gəlirik. Mən bura haqqında, Qobustan barədə danışanda hamının marağına səbəb olur”.