İdman 16:17 08.10.2019

Məşhur türk qapıçıya vəzifə verildi

Rüştü Rəçbər Türkiyə Futbol Federasiyasının (TFF) UEFA Futbol İnkişaf koordinatoru olaraq vəzifəsinin icrasına başlayıb.

Qaynarinfo xəbər verir ki, Türkiyə millisinin 46 yaşlı keçmiş qapıçısı bu vəzifəyə qədər Milli Komandaların Baş Koordinatoru vəzifəsində çalışıb. 

Rüşdü Rəçbər Türkiyə futbol tarixində 120 dəfə "ay-ulduzlu" formanı ən çox geyinən futbolçu olub. O, 11 dəfə də Ümid milli komandasının qapısını qoruyub.

Rüştü A milli komandasında 2002-2003-cü ildə Dünya Kubokunda, 2003-də isə Konfederasiyalar Kubokunda üçüncü olan, 2008-ci ildə isə Avrupa çempionatında yarım final oynayan heyətdə yer alıb.