Xəbər lenti

Məşhurların yay marşrutu: Türkiyə, Qusar, Bilgəh...
Maqazin 14:50 07.07.2026

Məşhurların yay marşrutu: Türkiyə, Qusar, Bilgəh...

Yay mövsümü ilə birlikdə istirahət planları da aktuallaşıb. Sənət adamları da ilin yorğunluğunu çıxarmaq üçün müxtəlif məkanlara üz tuturlar. Kimisi Azərbaycanın səfalı guşələrinə üstünlük verir, kimisi xarici ölkələri seçir.

Bəs tanınmış sənət adamları bu yay harada dincəlirlər?

Xalq artisti Bilal Əliyev Qaynarinfo-ya bildirib ki, istirahət üçün həmişə Azərbaycana üstünlük verib:

"Mən həmişə yalnız Azərbaycanda dincəlmişəm. Bu günə  qədər ölkədən kənarda istirahət etməmişəm".

Əməkdar artist Yusif Mustafayev isə dincəlmək üçün  Bilgəhdəki Kardioloji Sanatoriyanı seçdiyini deyib:

"Mənim üçün cənnət Azərbaycandır. Vətənimin hər guşəsi  əzizdir. Özüm üçün Bilgəhdəki Kardioloji Sanatoriyanı  seçmişəm. Hər gün ora gedir, istirahət edir, axşam isə evimə  qayıdıram".

Müğənni Nadir Qafarzadə hesab edir ki, ailəvi istirahət üçün ən  münasib seçim Türkiyədir:

"Bu il istirahətə bir qədər tez getdik və ailəlikcə dincəldik.  Müxtəlif Avropa və Asiya ölkələrində olmuşuq. Amma ailəvi istirahət üçün ən rahat və sərfəli ölkə Türkiyədir. Ötən il  Monteneqroda olduq, xidmət bizi qane etmədi. Türkiyədə isə  həm qiymətlər münasibdir, həm də istirahət üçün hər cür şərait  yaradılıb. Avropada isə çox vaxt yalnız səhər yeməyi təqdim olunur, qalan vaxt yemək üçün ayrıca yer axtarmalı olursan ki,  bu da əlavə xərc deməkdir".

Müğənni-meyxanaçı Samirə Əliyeva da istirahət üçün Azərbaycanın bölgələrini seçdiyini bildirib:

"Mənim üçün ölkəmdən gözəl yer yoxdur. Elə indi Qusardan qayıdıram. Ondan əvvəl Qubada idim. Çox gözəl dincəldim, hazırda Bakıya gedirəm".

Aşıq Zülfiyyə isə doğulduğu Tovuz rayonunda istirahət etməyə üstünlük verdiyini deyib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->