Məşhurların yeni trendi: TMS-lə yaddaşı sildirmək...

Məşhurların yeni trendi: TMS-lə yaddaşı sildirmək...

Qızı Aryanın xəstəlik prosesi zamanı problemli günlər keçirən Ceren Hindistan TMS adlı texnika ilə yaddaşını sildirib. 

Qaynarinfo xəbər verir ki, bu haqda sabah.com.tr məlumat verib.

"Hər şeyi unutduğumu deyə bilmərəm, amma pis xatirələr hafizəmdən silinib”, - Ceren deyib. - Qızımın xəstəliyi məni əldən saldı. Psixiatrlar kömək edə bilmədi. Başıma bir makina taxıb elektrik cərəyanı verdilər. Aşağı dozada 5 seans keçirdim. Mənə yaxşı təsir etdi, amma hər şeyi unudanlar da olurmuş. Heç kimə məsləhət görməzdim", - Ceren deyib.

Qeyd edək ki, dərdlərini və pis xatirələrini unutmaq istəyənlərə trans magnetik stimullaşdırma (TMS) texnikası sayəsində yaddaş silmək metodu tətbiq olunur.
 
Bu, hazırda məşhurlar dünyasında yeni trendə çevrilib. Yaddaşın silinməsi Hollivud filmlərinin tez-tez müraciət etdiyi bir mövzudur. "Sil başdan” və "Paycheck” də o filmlərdəndir.

Yaddaşın silinmə metodundan İrəm Dərici və sevgilisi Oğuzhan Koçdan ayrılan Yağmur Tanrısevsinin də istifadə etmək istədiyi deyilir.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR